STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, STANAG testlərinin tərtib olunması üzrə təcrübə mübadiləsinə və hazırlanmış testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının moderasiya edilməsi, pilotlanması, qarşılıqlı istifadəsi, nəticələrin uzlaşdırılması mövzuları və xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.