Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 20-23-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionat 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edəcək. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcələri üzrə yarışlarda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların tennisçiləri mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]