Sudanda döyüşlər nəticəsində 950-dən çox dinc sakin həlak olub
Bakı, 14 iyun, AZƏRTAC
Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında davam edən döyüşlər indiyədək 950-dən çox dinc sakinin həyatına son qoyub.
AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, bu barədə Sudan həkimlərinin həmkarlar ittifaqı məlumat yayıb. “Sudanda hərbi əməliyyatlar başlayandan bəri həlak olan dinc sakinin sayı 958 nəfərə, yaralıların sayı isə 4 min 746 nəfərə çatıb”, - deyə məlumatda bildirilir.
Qərbi Darfur əyalətinin administrativ mərkəzi Əl-Qeneyna şəhərində xəstəxanalar və hospitallar fəaliyyət göstərmir. Şəhər humanitar böhranla üz-üzə qalıb .
Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır. Aprelin 15-də tərəflər arasında silahlı münaqişə başlayıb. İndiyədək atəşkəs rejimi ilə bağlı əldə olunan heç bir razılaşma sona qədər davam etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]