Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub  - YENİLƏNİB 2

Cəbrayıl, 28 avqust, AZƏRTAC

Bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəyli və Horovluda yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə (86 nəfər), Horovlu kəndinə isə 3 ailə (12 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

11:52

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Şükürbəyli kəndi 15 ailə olmaqla 86 nəfərə, Horovlu kəndi isə 3 ailə olmaqla 12 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, hər iki kənd yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Horovlu kəndinin isə ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

11:41

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Müxbir-Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib

Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığında əsas hədəf birgə istehsal və üçüncü bazarlara çıxış olmalıdır - ŞƏRH

Ayasofya məbədində bərpa işləri aparılır

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar

Əqli Mülkiyyət Agentliyi rəhbərinin “Vestnik FIPS” jurnalında geniş elmi məqaləsi dərc olunub

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanın qızıl ixracından gəliri 34 faizədək artıb

Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub  - YENİLƏNİB 2

“Barselona”nın İspaniya çempionatında doğma meydanda hegemonluğu

“Azərkosmos”un ixrac etdiyi xidmətlərin dəyəri 1,5 dəfə artıb

Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq

Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür

Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır

Qış süfrələrinin bəzəyi: Culfada noxud ləpəsi necə hazırlanır?

Malik Mansurov: Muğamı sevmək üçün onu dinləmək lazımdır

Dəmir yolunun Xırdalan-Biləcəri sahəsi təmir edilir VİDEO

Dəmir yolunun Xırdalan-Biləcəri sahəsi təmir edilir VİDEO

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

Bu saata olan əsas xəbərlər

ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər

Hüquq arzusundan yeni hədəfə - tələbə adını qazanan şəhid övladının sevinci

Xocavənddə iki kəndin giriş yolları tikilir

Qazaxıstan hökuməti istefaya gedib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək

“DataRace”in ilk yarışında real biznes çağırışına 300-dən çox süni intellekt yanaşması təqdim olunub

“DataRace”in ilk yarışının qalibləri açıqlanıb

Fəxri Hüseynov: “DataRace” platforması nəzəriyyədən real sektora keçiddə mühüm rol oynayır

Norveç kralı vəfat edib

Baş prokuror Yasamal rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Özbəkistan mərkəzi bankları maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib

Yarımkölgəli Ay tutulması başa çatıb YENİLƏNİB

Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

Kvant informatikası ilə bağlı tədqiqatlar İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzindədir

Qadın voleybolçularımız C qrupunda son oyununu keçirəcək

Bu gün UEFA Avropa Liqası və Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək

Аslana Əliyeva: Rəqs sənəti Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri möhkəmləndirir

Körfəzdən neft ixracı müharibədən əvvəlki səviyyələrin üçdə ikisi həcmində bərpa olunub

Pedaqoji Universitetdə 14 ixtisas üzrə keçid balı 500-ü ötüb

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə Türk Şəhidliyi ziyarət olunub

Bakı və Özbəkistan Xoreoqrafiya akademiyaları arasında uğurlu əməkdaşlıq

Venesuela OPEC-i tərk edə bilər

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı  FOTO  VİDEO

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı FOTO VİDEO

İyulda DSMF-nin fəaliyyət istiqamətləri üzrə 38 mindən çox vətəndaş qəbul edilib

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir VİDEO

Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənir - FAKTİKİ HAVA

“Azərişıq” Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri görür

“Balıqçılıq haqqında” Qanun bu sahədə dayanıqlı inkişafı və rəqəmsal nəzarəti gücləndirir - ŞƏRH

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri azalır VİDEO

Neft qiymətləri azalır VİDEO

“Sabah”ın baş məşqçisi: Biz “Qarabağ”dan çox şey öyrəndik

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 92 dollardan baha satılır VİDEO

Ağdaşda yük maşınlarının toqquşması ölümlə nəticələnib

Bakıda güclü külək nəticəsində 2 nəfər xəsarət alıb

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

34 il, 24 həyat, bir faciə - Ballıqaya

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

BYD qlobal elektromobil bazarında ABŞ-nin “Tesla” şirkətini yenidən geridə qoyub

Bolqarıstan Qara dənizin mühafizəsi üçün Belçika və Niderlanddan 7 minaaxtaran gəmi alacaq

Çində qızıl külçə udan 5 yaşlı uşaq xilas edilib

Yəmən və Somali sahillərində 6 bal gücündə zəlzələ baş verib

İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək

Avropa Liqası və Konfrans Liqasında əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a məxsus yeraltı obyektləri məhv edib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib

Rəssam Marqarita Kərimova-Sokolova: Natəvanın portreti Fransa Akademik Cəmiyyətinin nəşrində dərc olunub

Tibetdə daşqından zərər çəkən sakinlər və turistlər təxliyə edilib

“Tvente”nin baş məşqçisi: Hesabı nəzərə alsaq, oyunun çətin keçmədiyini söyləmək olar

Almaniya və daha beş Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə mövqelərini razılaşdırıb

Qurban Qurbanov: İş saatlarımızı artırmalı, daha çox çalışmalıyıq

Sabah paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb YENİLƏNİB 5

Atlantik okeanında “Dolli” tropik fırtınası formalaşıb

Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətini açıqlayıb

“Qarabağ” növbəti transferini açıqlayıb YENİLƏNİB

Tramp Ontario gölünün adının Amerika gölü kimi dəyişdirilməsi barədə fərman imzalayıb

“Qalatasaray” və “Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri müəyyənləşib YENİLƏNİB

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur VİDEO

Almaniyanın şimal bölgəsi müdafiə və innovasiya mərkəzinə çevriləcək 

Azərbaycanlı məşqçi Polşa komandasını Qubadakı beynəlxalq turnirdə çempion etdi - MÜSAHİBƏ

Şimal-qərb bölgəsində təhsil işçilərinin sentyabr konfransları başlayıb

Bu saata olan əsas xəbərlər

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Oğuz və Qəbələ sakinlərinin müraciətlərini dinləyib

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatını 8 medalla başa vurublar VİDEO

Hövsanda açıq ərazidə yanğın baş verib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Britaniyada üç hava limanına kiberhücum: 8,7 milyon müştərinin məlumatları ələ keçirilib

® Uşaqlarda sidik yolu infeksiyaları: Valideynlər nələrə diqqət etməlidirlər?

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb