SÜLEYMAN DƏMİRƏL TÜRK ƏSGƏRLƏRİNİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dekabrın 20-də Fəxri xiyabanda xalqımızın böyük oğlu Prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər xiyabanına gəlmişdir. 85 il bundan əvvəl Bakının erməni daşnaklarından təmizlənməsində yüksək döyüş şücaəti və qəhrəmanlıq nümunəsi göstərərək həlak olmuş türk əsgərləri burada uyuyurlar. Onların xatirəsinə ehtiram əlaməti olaraq, xiyabanda abidə kompleksi ucaldılmışdır.
Cənab Süleyman Dəmirəl abidə kompleksinin önünə gələrək, qəhrəman türk əsgərlərinin əziz xatirəsini böyük ehtiramla yad etdi, onların ruhuna dua oxudu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]