“Sülh çeşməsi” əməliyyatının keçirildiyi rayonda Türkiyə hərbçilərinə hücum edən terrorçular zərərsizləşdirilib
Ankara, 24 may, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin hərbi birləşmələri Suriya ərazisində terrorçulara növbəti dəfə ağır zərbə vurublar.
AZƏRTAC Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı keçirən birləşmələrə qarşı hücuma keçən PKK/YPG terrorçu dəstəsinə qarşı əməliyyat keçirilib. Nəticədə 6 terrorçu məhv edilib.
Nazirliyin məlumatına görə, İraqın şimalında “Pəncə-İldırım” antiterror əməliyyatının aparıldığı bölgədə terrorçulara məxsus iki böyük cəbbəxana aşkarlanıb.
Mayın 24-də Diyarbəkirdə PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib. Ən son məlumatda görə, bir neçə rayonu əhatə edən əməliyyatda PKK üzvü olmaqda və ya terror təşkilatı ilə əməkdaşlıq etməkdə təqsirləndirilən 29 nəfər saxlanılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]