“Sülh ilə yaşayaq” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 24 sentyabr, AZƏRTAC
“Gəncə-çay” Park-Bulvar Kompleksində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və bu şəhərdəki Gənclər Evi tərəfindən “Sülh ilə yaşayaq” adlı rəsm müsabiqəsi təşkil olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 23-də Gəncə Gənclər evinin qarşısında müsabiqə qaliblərinin təltifetmə mərasimi keçirilib.
Qiymətləndirmə münsiflər heyəti tərəfindən həm mövzuya uyğunluq əsasında, həm də işləmə texnikasına görə aparılıb.
İlk üç yerin qalibi hədiyyə, digər iştirakçılar isə qalib olub-olmamalarına baxmayaraq diplomlarla təltif ediliblər.
Rəsm müsabiqəsində 22 nəfər istedadlı yeniyetmə və gənc iştirak edib.
Qeyd edək ki, müsabiqənin tərəfdaşı Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzidir.