Sülhməramlılara məxsus daha üç avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib
Şuşa, 19 dekabr, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha üç təchizat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.