Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Sumqayıt, Lənkəran və Gəncə Dövlət universitetləri publik hüquqi şəxsə çevrilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Sumqayıt Dövlət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Sumqayıt Dövlət Universitetinin Nizamnaməsi” təsdiq olunub. Lənkəran Dövlət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Lənkəran Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Lənkəran Dövlət Universitetinin Nizamnaməsi” təsdiq olunub. Gəncə Dövlət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Gəncə Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və “Gəncə Dövlət Universitetinin Nizamnaməsi” təsdiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]