“Sumqayıt” “Zirə”nin futbolçusunu transfer edib
Bakı, 3 iyun, AZƏRTAC
"Sumqayıt" klubu 2019/2020 mövsümü üçün ilk transferini reallaşdırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə yollarını ayıran Vüqar Mustafayevi heyətinə cəlb edib. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Mustafayev yeni klubunda 6 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və Azərbaycan millisinin də (1 oyun) formasını geyinmiş V.Mustafayev U-23 yığmasının heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]