SUMQAYITDA BAYRAMQABAĞI İMƏCİLİK KEÇİRİLMİŞDİR
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indiki bayram ərəfəsində keçirilmiş iməcilik genişmiqyaslı olması və yüksək əhval-ruhiyyəsi ilə fərqlənmişdir. Səhər tezdən müxtəlif müəssisə və idarələrin kollektivləri parklara, bağlara, küçələrə çıxmışlar. Kimya müəssisələrinin, məktəblərin, səhiyyə təşkilatlarının, kommunal xidmətlərinin işçiləri səylə çalışmışlar. Şəhərdəki məişət tullantılarının toplanması və istifadə üçün emal edilməsi ilə məşğul olan “ADEC” Azərbaycan-Almaniya birgə müəssisəsi yığılmış zibili vaxtlı-vaxtında daşıyırdı.
İməcilik günü ağaclara, kollara, yaşıllıqlara və güllərə də aqrotexniki qulluq göstərilmişdir.