SUMQAYITDA BİZNES-İNKUBASİYAYA DAİR FORUM KEÇİRİLMİŞDİR
Layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə layihədə iştirak etmək istəyən 100 nəfərdən 37-si xüsusi məşğələ keçmiş, 10 mütəxəssis menecer sertifikatı almışdır. Sertifikatlar forumda təqim edilmişdir. Yeni ilin yanvarından isə layihənin ikinci mərhələsi başlanacaqdır.
Forumda layihənin konsepsiyası təqdim olunmuşdur. Sonra layihənin təşkilatçıları Sumqayıt sahibkarlarının problemlərindən danışmışlar.
Tədbir iştirakçıları özəl bölmənin inkişafında inkubatorların rolu və onların əhəmiyyəti üzərində ətraflı dayanmışlar. Qeyd olunmuşdur ki, Sumqayıt bu baxımdan təsadüfən seçilməmişdir. Son illər şəhərdə biznes üçün əlverişli mühitin yaradılması böyük rol oynamışdır.
Biznes-inkubasiyaya dair milli forum işgüzar, konstruktiv və maraqlı şəraitdə keçmişdir. Sumqayıt İcra Hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin, habelə aparıcı bankların nümayəndələri və başqaları öz fikirləri ilə bölüşmüş, bir çox maraqlı təkliflər irəli sürmüşlər.
Biznes-inkubatorların yaradılması 2006-2007-ci illərdə həyata keçiriləcəkdir.
Forum çərçivəsində Sumqayıtın özəl firmaları məhsullarının sərgisi təşkil olunmuşdur.