Sumqayıtda “Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu” keçirilib
Sumqayıt, 25 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 25-də Sumqayıtda “Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu” keçirilib. Tədbir Elm və Təhsil Nazirliyinin, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və “Böyük Qayıdış” gənclər təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, forum gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub. Üç yüzdən çox gənc müəllimin iştirakı ilə baş tutan forumda dövlət rəsmiləri, Milli Məclisin deputatları, tərəfdaş qurumların və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Forumun rəsmi hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Faiq Məmmədov, “Böyük Qayıdış” gənclər təşkilatının sədri Nail Şükürov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Cəbrayıl rayon N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin gənc müəllimi Aysu Məmmədli çıxış ediblər.
Forumun ikinci hissəsi panel müzakirələrlə davam edib.