SUMQAYITDA ÖLKƏNİN İPOTEKA FONDUNUN TƏQDİMATI
F.Məmmədov vətəndaşların mənzil təminatı problemlərinə toxunaraq vurğulamışdır ki, kreditlərin verilməsi proseduru gələcəkdə daha da sadələşdiriləcək, qanunverici baza təkmilləşdiriləcək, İpoteka Fondunun fəaliyyəti bölgələrə də şamil olunacaqdır. Fondun sədri ümidvar olduğunu bildirmişdir ki, ipoteka bazarının inkişafı, əhaliyə onun xüsusiyyətləri barədə məlumat verilməsi kütlələri ipoteka bazarına cəlb etməyə imkan yaradacaqdır.
Qeyd olunmuşdur ki, abadlaşdırma işlərinin geniş vüsət aldığı Sumqayıtda yüksəkmərtəbəli yaşayış binaları sürətlə tikilir ki, bu da ipoteka kreditlərinin verilməsi sisteminin inkişafı üçün zəmin yaradır.
Tədbir iştirakçılarının suallarına cavab verildikdən sonra ipoteka sisteminə daxil olan 15 səlahiyyətli bankın Sumqayıtdakı filiallarının nümayəndələri üçün mini-seminar keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]