Sumqayıtda uşaqların peyvəndə cəlb olunması diqqət mərkəzindədir
Sumqayıt, 6 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzi uşaqların peyvəndə cəlb olunması istiqamətində maarifləndirmə işləri aparır, valideynlər vaksinasiya prosesinə cəlb edilirlər.
AZƏRTAC xəbər verir ki, bu proses 4 nömrəli Ailə Sağlamlıq Mərkəzində mütəşəkkil şəkildə həyata keçirilir. Ailə həkimi - pediatr Nərmin Əmirova valideynlər arasında aparılan maarifləndirmə işlərinin müsbət nəticə verdiyini bildirib.
O, qızılcanın kəskin yoluxucu virus xəstəliyi olduğunu deyərək, hazırda dünyanın bir çox ölkəsində intensiv şəkildə yayıldığın qeyd edib. “Artıq bir çox ölkədə qızılca xəstəliyinin geniş yayılması müşahidə olunur. Virus orqanizmə hava-damcı yolu ilə keçir və əsasən də uşaqlar arasında yayılır”, - deyib.
Həkimin sözlərinə görə, bu xəstəlik üçün yaş həddi yoxdur. Lakin infeksiyanın ağırlaşması xüsusilə 5 yaşa kimi uşaqlar üçün daha qorxulu olduğunu bildirən Nərmin Əmirova valideynləri uşaqların sağlamlığına daha ciddi yanaşmağa və peyvənddən yayınmamağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]