Süni intellekt üzrə çalışan əməkdaşlar Zukerberqin 1 milyard dollarlıq təklifini rədd edib
London, 30 iyul, AZƏRTAC
Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini qəbul etməyib.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, Kaliforniyada yerləşən “Thinking Machines” adlı süni intellekt startapının bir neçə əməkdaşına “Meta” tərəfindən yüz milyonlarla dollar dəyərində təkliflər göndərilib.
Bu təkliflər bir neçə il ərzində 1 milyard dollara qədər yüksələ bilərdi. Digər təkliflər isə 200–500 milyon dollar arasında dəyişirdi və ilk il üçün 50–100 milyon dollar dəyərində bonus da nəzərdə tutulurdu. Buna baxmayaraq, “Thinking Machines” əməkdaşlarından heç biri “Meta” ilə əməkdaşlıq etməyə razılıq verməyib. Şirkət ötən ay məhsulu belə olmayan bir mərhələdə 12 milyard dollar dəyərində qiymətləndirilib və 2 milyard dollar investisiya cəlb edib.
“Meta” şirkətinin sözçüsü yayılan məlumatların bəzilərini təkzib etsə də, “Thinking Machines” əməkdaşlarına bir neçə təklifin edildiyini təsdiqləyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]