Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suyun üzərində sakitlik: Ebru sənəti insanı özünə qaytarır

Suyun üzərində sakitlik: Ebru sənəti insanı özünə qaytarır

Bakı, 30 dekabr, AZƏRTAC

İstirahət deyəndə çoxumuzun ağlına ilk olaraq yatmaq, gündəlik ritmdən uzaqlaşmaq, qısa bir səfərə çıxmaq və ya yeni yerlər kəşf etmək gəlir. Bəzən isə istirahəti sadəcə fiziki yorğunluğun azalması kimi anlayırıq. Halbuki insan yalnız bədənini deyil, düşüncələrini və duyğularını da sakitləşdirməyə ehtiyac duyur. Xüsusilə işləyən, daim məsuliyyət daşıyan insanlar üçün əsl rahatlıq çox zaman səssizlikdə və özünlə baş-başa qalmaqda gizlənir.

Bəs istirahət nədir? Yatmaqmı, uzaq bir səfərə çıxmaqmı, başqa ölkələri kəşf etməkmi? Yoxsa bir az da öz daxili aləmini tanımaqdır istirahət?..

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ebru sənətçisi, “Özünü Yarat” Yaradıcı Sənət Məktəbinin qurucusu Diləzbər Hüseynzadə söyləyib.

Onun sözlərinə görə, 2014-cü ilin sonlarında həftə sonlarını dəyərləndirmək üçün başladığı Ebru sənəti əvvəlcə sadəcə bir hobbi olub. Bu gün isə həmin sənət insanların dincəlməsi, ruhuna qida tapması üçün bir fəaliyyətə çevrilib. İllərdir insanların sənət vasitəsilə öz daxili dünyalarını necə kəşf etdiklərinin şahidi olduğunu deyən D.Hüseynzadə bildirir ki, son dövrlərdə bir çox insan istirahət üçün böyük xərclər çəkmək əvəzinə sənətə üz tutur. Çünki sənət insanı sakitləşdirir, tələsdirmir və özü ilə baş-başa qalmağa imkan verir.

“Ebru sənəti bu baxımdan xüsusi yer tutur. Mənbələrə görə, bu sənətin kökləri VI-IX əsrlərə, Orta Asiyada - indiki Özbəkistan ərazisində yerləşən Buxara şəhərinə gedib çıxır. İlkin dövrlərdə “abri” və ya “abru” (buludvari, səma kimi) adlandırılan Ebru, suyun üzərində təbii boyalarla yaranan naxışlar vasitəsilə kağızların və yazılı mətnlərin bəzədilməsində istifadə olunub. Ebru yalnız estetik məqsəd daşımayıb, eyni zamanda səbir, diqqət və daxili tarazlıq yaradan bir vasitə kimi qəbul edilib.

Zamanla İpək Yolu vasitəsilə İrana, oradan isə Anadoluya yayılan Ebru sənəti Osmanlı dövründə bu gün tanıdığımız klassik formasını alıb. Lakin onun əsas mahiyyəti dəyişməyib - suyun üzərində nəzarətsiz, amma ahəngdar bir axın”, - deyə o bildirir.

Müsahibimiz söhbətinə davam edir: “Ebru xüsusi hazırlanmış suyun üzərində icra olunur. Təbii, torpaq mənşəli boyalar fırça vasitəsilə suyun üzərinə səpilir, iynə uclu bizlər və ya çubuqlarla rənglərə istiqamət verilir. Lakin bu proses tam nəzarətə əsaslanmır. Rənglər suyun üzərində öz yolunu tapır və nəticə əvvəlcədən dəqiq bilinmir. Bu səbəbdən hər bir Ebru işi təkrarsızdır.

Rənglərin bu sənətdə xüsusi əhəmiyyəti var. İnsan çox zaman fərqində olmadan həmin anda ehtiyacı olan rənglərə yönəlir. Mavi və yaşıl sakitlik və tarazlıq hissi yaradır, qırmızı və narıncı enerji və hərəkət gətirir, torpaq tonları isə güvən və sabitlik hissi formalaşdırır. Beləliklə, rəng seçimi insanın daxili halının əksinə çevrilir.

Bu proses tələskənlik deyil, səbir və diqqət tələb edir. Rənglərin su üzərində yayılmasını izləmək insanı yavaşladır, düşüncələri sakitləşdirir və diqqəti indiki ana yönəldir. Gün ərzində daim hərəkətdə olan insanlar üçün Ebru zehni yüklənməni azaldan, rahatladan bir fasiləyə çevrilir”.

Onun sözlərinə görə, Ebru ilə məşğul olanların əksəriyyəti buraya gözəl bir iş ortaya qoymaq üçün deyil, bir az sakitləşmək, düşüncələrini susdurmaq üçün gəlir: “Burada insan özünü sübut etməyə çalışmır, sadəcə var olur. “Özünü Yarat” Yaradıcı Sənət Mərkəzi də məhz bu ehtiyac üzərindən formalaşıb. Burada sənət öyrətmək qədər insanın öz ritmini tapmasına şərait yaratmaq önəmlidir. Nəticə deyil, proses dəyərlidir. Hər naxış bir dəfə yaranır və olduğu kimi qəbul edilir.

Bu gün Ebru sənəti artıq yalnız kağız üzərində deyil, həyatın müxtəlif sahələrində yaşayır. İstirahət gününün sonunda hazırlanan ebrulu yaylıqlar sevdiklərimizə və ya özümüzə verilən mənalı hədiyyəyə çevrilir. Keramika qablar üzərində işlənən Ebru naxışları isə gündəlik istifadə etdiyimiz əşyalara fərqli bir yaddaş qatır - insanın özünə ayırdığı zamanın səssiz şahidinə çevrilir”.

D.Hüseynzadə dediklərinə əlavə edir: “Çünki insan təbiətin bir parçasıdır. Bəzən bunu xatırlamaq üçün çox uzağa getməyə ehtiyac olmur. Su axır, rəng yayılır, insanda sakitlik və həlimlik yaranır. Bu prosesi izlədikcə insan özünü görür - tələsdiyi yerləri, buraxmalı olduğu nəzarəti və axına güvənməyi xatırlayır.

Bəlkə də, Ebru sənətinin insanlara bu qədər yaxın gəlməsinin səbəbi elə budur. O, bizə yeni bir şey öyrətmir, sadəcə unutduğumuz bir həqiqəti xatırladır: sakitlik də, tarazlıq da, rahatlıq da insanın öz təbiətindədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI