T-HÜCEYRƏLİ LEYKOZUN İNKİŞAF MEXANİZMİ ÖYRƏNİLMİŞDİR
Alimlər insanın sağlam hüceyrələrində fəaliyyət göstərən yeni proteini ilk dəfə aşkara çıxararaq təsvir edə bilmişlər. TAX1BP2 adlandırılan bu protein adi şəraitdə mutasiyaların da, hüceyrələrin bədxassəliliyə çevrilməsinin də qarşısını almaqda mühüm rol oynayır, hüceyrənin əlavə bölünmə mərkəzlərinin yaranmasına əngəl törədir.
TAX1BP2-nin öyrənilməsi zamanı müəyyən olunmuşdur ki, leykozun növlərindən birini törədən T-limfotrop virusu hüceyrənin bölünmə mexanizmini pozmaqla və anomal sayda xromosomlu hüceyrələrin yaranmasına kömək etməklə, bu proteini immun sisteminin T-hüceyrəsi ilə bağlamağa qadirdir.
Tədqiqatçıların fikrincə, onların əldə etdikləri nəticələr leykozun inkişafının qarşısını alan yeni dərmanların hazırlanmasına yol açır.
Leykozun inkişafı mexanizmi viruslu infeksiyalarla bağlı digər onkoloji xəstəliklərin əsasını da təşkil edə bilər. Viruslu infeksiyaların doğurduğu şişlər bədxassəli şişlərin təxminən 15 faizini təşkil edir. Virus mənşəli onkoloji xəstəliklərə qaraciyər və burun-udlaq xərçəngini aid edirlər. Bu xəstəliklər, əsasən, Cənub-Şərqi Asiyada geniş yayılmışdır.