Tabor komandirləri ilə keçirilən toplanışlar başa çatıb VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə keçirilən toplanışlar başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim mərkəzlərində atəş, taktiki-xüsusi və fiziki hazırlıq üzrə keçirilən məşğələlərdə zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilib, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb.