Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO
Bakı, 24 sentyabr, AZƏRTAC
Toxumçuluq sahəsində normativ-hüquqi bazanın və keyfiyyətə nəzarət mexanizminin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda çıxış edərkən deyib.
O bildirib ki, kənd təsərrüfatının inkişafında istehsalçıları keyfiyyətli, iqlimədavamlı toxumla təmin etmədən yüksək məhsuldarlığa nail olmaq, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək mümkün deyil. Belə olan halda da ərzaq təhlükəsizliyinin təmin olunması çox çətindir.
"Milli Məclisdə kənd təsərrüfatının inkişafı üçün qəbul edilən qanunlar uzunmüddətli perspektivlərə hesablanıb. Toxumçuluğun çox vacib və əhəmiyyətli sahə olduğunu fermerlər dönə-dönə qeyd edirlər. Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var və sahibkarlar bu sahədə görülən işlərə çox böyük dəyər verirlər".
Fotoqraf - Səfiyar Məcnun