TAİLAND KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB TAKSİN ŞİNAVATRAYA
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Kralın təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza öz təbriklərimi yetirirəm.
Ümidvar olduğumu bildirirəm ki, ikitərəfli əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və çiçəklənmə arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 noyabr 2004-cü il.