Talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyası keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibəti rayon təşkilatının qərargahında qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisə, ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən 150 nəfərdən çox partiya fəalı iştirak edib.
Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.