TANINMIŞ DİRİJOR ƏYYUB QULİYEVİN AVSTRİYA VƏ ÇEXİYAYA SƏFƏRİ UĞURLA BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 23-də Avstriyanın Rayxenau şəhərində Vyana Dövlət Musiqi ve İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilmiş XVIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimində azərbaycanlı gənc dirijor, beynelxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əyyub Quliyevin rəhbərliyi ilə Çexiyanın məşhur Brno Filarmonik orkestrinin ve “Çex virtuozları”nın konserti olmuşdur.
Festivalın ilk məşqləri Çexiyada keçirilmiş, konsert isə Avstriyanın qədim tarixi abidələrindən biri olan “Schloss Reichenau” sarayında baş tutmuşdur. Böyük uğurla keçən konsertin programında R.Vagner, Y.Sibelius, B.Britten, D.Şostakoviçin əsərləri səslənmişdir.
Konsert Avstriya mətbuatında geniş işıqlandırılmış ve festivalın ən uğurlu layihələrindən biri kimi yüksək qiymətləndirilmişdir. “Çex virtuozları” orkestrinin rəhbəri professor Karel Proxosko Əyyub Quliyevi Çexiyada Azərbaycan ve Qərb bəstəkarlarının əsərlərindən ibarət yeni konsert programı ilə çıxış etməyə dəvət etmişdir.
Əyyub Quliyevin səfəri Mədəniyyət və Turizm Nazirliyi ve Azerbaycanın Avstriyadakı səfirliyinin köməyi ilə həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]