TANINMIŞ PİANOÇU MURAD HÜSEYNOV FRANSAYA MÜSABİQƏYƏ DƏVƏT OLUNMUŞDUR
Tanınmış pianoçu AZƏRTAC-ın müxbirinə demişdir ki, indiyədək Türkiyə, Yaponiya, Rusiya, Fransa, Əfqanıstan və digər ölkələrdə çıxış etmişəm. Bu günlərdə isə Fransanın Limoj şəhərinə dəvət olunmuşam. Müsabiqənin təşkilat komitəsindən aldığım məktubda bu ilin noyabrında həmin şəhərdə pianoçuların Frensis Bulenk adına 4-cü Beynəlxalq müsabiqəsinin keçiriləcəyi və tədbirin açılışında mənim solo nömrə ilə çıxış edəcəyim bildirilir. Qeyd edim ki, 2002-ci ilin fevralında həmin müsabiqədə birinci yeri tutmuş, fransız bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə 3 xüsusi mükafata layiq görülmüşəm. Solo çıxışımda Qərbi Avropa və Azərbaycan bəstəkarlarının fortepiano əsərlərini ifa edəcəyəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]