Tarix Muzeyində Azıx paleolit düşərgəsinin bütün təbəqələrində tapılmış daş məmulatları qorunur
Bakı, 2 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin çoxsaylı arxeoloji kolleksiyasında çoxtəbəqəli Azıx paleolit düşərgəsinin bütün təbəqələrində tapılmış daş məmulatları qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bunların arasında 1974-cü ildə mərhum arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyasının Azıx mağarasının VIII təbəqəsində aşkar etdiyi üç ədəd 4-5 kiloqram ağırlığında nəhəng daş alətlər diqqəti daha çox cəlb edir. Bu cür alətlər şərti olaraq giqantolit (yəni çox böyük daş) və ya çoppinq-giqantolit adlandırılır. Hazırda bu daşlardan biri muzeyin arxeologiya fondunda mühafizə olunur. Azıx düşərgəsinin ən aşağı təbəqələrindən tapılmış çoppinq tipli bu maraqlı və nadir əmək aləti mağara sakinlərinin iki əllə yaxşı tutub istifadə etdikləri ilk alətlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]