TARİXİ ABİDƏYƏ QULLUQ EDİLMƏSİNİN HAQQINI PENSİYAÇI QADIN ÖDƏYİR
Ərzurum turistlərə təkcə qış istirahəti mərkəzlərindən biri kimi deyil, həm də maraqlı tarixi və misilsiz memarlığı olan şəhər kimi yaxşı məlumdur. Buradakı abidələrdən biri də 125 illik tarixi olan mülkdür.
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, mülkün sahibi, 81 yaşlı Xədicə Somunoğlu abidəni babasının ona bağışladığı görkəmdə saxlamağa çalışır. Xədicə nənə binanın nəinki ilkin görkəmini, hətta interyerin çoxsaylı orijinal əşyalarını qoruyub saxlamağa müvəffəq olmuşdur. O, neçə illərdir ki, hər ay aldığı pensiyanı evin lazımi görkəmdə qalmasına sərf edir. Xədicə nənə mülkü uçurub, yerində yeni binalar tikmək istəyən varlı adamların şirnikləndirici təkliflərinə, bir qayda olaraq, rədd cavabı verir. Çünki o, qəti əmindir ki, babasının hədiyyəsi Ərzurumun ənənəvi memarlığının ən yaxşı nümunələrindən biridir.
Bu yaxınlarda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Xədicə nənənin mülkünü öz himayəsinə götürmüşdür. Lakin Xədicə Somunoğlu deyir ki, binanın bərpası üçün indiyədək əlini ağdan qaraya vuran olmayıbdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]