Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi saxtalaşdıran ermənilərin Qarabağ xalçalarını özününküləşdirmək cəhdi daha bir məkrli planın tərkib hissəsidir

Tarixi saxtalaşdıran ermənilərin Qarabağ xalçalarını özününküləşdirmək cəhdi daha bir məkrli planın tərkib hissəsidir

 “Azərxalça” beynəlxalq xalça şirkətlərinə, nüfuzlu kütləvi informasiya vasitələrinə müraciət edib

Bakı, 6 noyabr, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri professor Vidadi Muradov dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən xalça şirkətlərinə, beynəlxalq mədəniyyət təşkilatlarına, nüfuzlu kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə ermənilərin Azərbaycan xalçalarını saxtalaşdırmaq cəhdləri, işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət nümunələrini, o cümlədən xalçalarımızı talan etməsi, 71 nəfər qadının çalışdığı Tərtərdəki xalça emalatxanasının Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalması barədə ətraflı məlumat verilir.

Müraciətdə deyilir: “XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər 1918-ci ildə Azərbaycanın keçmiş İrəvan xanlığının ərazisində öz dövlətlərinin yaradılmasına nail olublar. Sovet hakimiyyəti illərində tarixən azərbaycanlıların məskunlaşdığı Zəngəzur bölgəsini ələ keçirən ermənilər Naxçıvanın Azərbaycanın əsas torpaqları ilə əlaqəsini kəsiblər. Onlar ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal edərək xalqımıza qarşı etnik təmizləmə və misligörünməmiş soyqırımı törədiblər.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında xalqımıza məxsus tarixi abidələri dağıtmaqla yanaşı, bir çox milli mədəniyyət nümunələrimizə, o cümlədən xalçalarımıza sahib çıxmağa çalışırlar. Bəyan edirik ki, xalçaçılıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir, bizim milli sənət nümunəmizdir. Azərbaycan xalçasının toxunduğu hər yer, o cümlədən Qarabağ Azərbaycandır.

Azərbaycan xalçaçılıq məktəbinin 9 qrupundan biri olan Qarabağ xalça qrupuna Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə və Zəngilanda toxunmuş xalçalar, xalça məmulatları daxildir.

Dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycan xalçaçılığının tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Qarabağda toxunan bütün xalçalar üzərində türkçülüyü əks etdirən Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Cavanşir, Qaraqoyunlular və s. kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir.

Tarixi saxtalaşdıran, keçmişi yalandan, riyakarlıqdan ibarət olan ermənilərin Qarabağ xalçalarını özününküləşdirmək cəhdi daha bir məkrli planın tərkib hissəsidir. Xalça elə nadir sənət nümunələrindəndir ki, keçmiş tarix, toxunduğu bölgənin o xalqa mənsubluğu barədə zəngin informasiya mənbəyidir. Onların xalçalarımızı erməniləşdirməkdə əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əslində isə əsrlərboyu burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir.

Bütün dünya bilməlidir ki, ermənilər xalça toxumağı Azərbaycan türklərindən öyrəniblər. Onların Cənubi Qafqaza köçürülənə qədər xalça toxumaq haqqında təsəvvürləri olmayıb və özlərinə məxsus heç bir xalça çeşnisi də yoxdur. Əgər xalçaçılıq ermənilərin iddia etdikləri kimi onların qədim sənətkarlıq sahəsidirsə, o zaman Azərbaycan ərazilərinə köçürülərkən özləri ilə niyə bir xalça nümunəsi gətirməyiblər? Yaxud niyə həm sovet dövrünə qədər, həm də sovet dövründə Qarabağda toxucularının əksəriyyəti erməni olan xalça fabrikləri fəaliyyət göstərməyib? Qarabağda ermənilərin kompakt halda məskunlaşdırılma tarixi XIX əsrin ortalarından başlayırsa, onlar XVIII əsrin sonlarında artıq bütün ana kompozisiyalarının formalaşdığı, texniki standartlarının təkmilləşdiyi Azərbaycan, o cümlədən Qarabağ xalçaçılığına necə iddia edə bilərlər? Onlar uzun illərdir, bu haqlı suallara cavab tapa bilmir, uydurma fantaziyaları ilə dünya ictimaiyyətini aldadırlar. Ermənilərin öz sənət nümunələri kimi təqdim etdikləri Qarabağ xalçaları Azərbaycan xalqının təfəkkürünün məhsuludur. Başqa xalqın sənət nümunəsini özününküləşdirməyin isə bir adı var - oğurluq.

Ermənilərin Cənubi Qafqaza köçürüldüyü dövrdən xeyli əvvəl Qarabağ xalçaları artıq bütün dünyada məşhur idi. Xalçaçılığın Qarabağda yüksək inkişaf mərhələsinə çatması barədə bir çox tarixi mənbələrdə məlumatlar vardır. Bu məlumatlar göstərir ki, Qarabağ xalçaçıları yaxın və uzaq ölkələrdən aldıqları sifarişlər əsasında orijinal çeşnili xalça məmulatları toxuyurdular. XIX əsrdə Qarabağın əksər yaşayış məntəqələrində olduğu kimi, Şuşa şəhərində də xalçaçılıq artıq əmtəə xarakteri daşmağa başlamışdı. Burada toxunan xalçalar Rusiya, Avropa və Asiya ölkələrində yüksək qiymətləndirilirdi. Bunlar bir daha sübut edir ki, Qarabağda xalçaçılıqla peşəkar formada ancaq azərbaycanlılar məşğul olublar.

Bildiririk ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dağıdılan muzeylərimizdən xalqımıza məxsus milli sərvətlər, o cümlədən xalçalar qarət edilib. Bundan başqa, məcburi köçkünlər öz dədə-baba torpaqlarından didərgin salınarkən onlar qədim xalçalarının əksəriyyətini həmin ərazidən çıxara bilməyiblər. Bu gün ermənilərin öz sənət nümunələri kimi qələmə verdikləri xalçalar əslində Azərbaycanın XX əsrin 90-cı illərində işğal edilən bölgələrindən talan edilmiş xalçalardır. Ermənilər həmin xalçaları müxtəlif sərgilərdə, beynəlxalq tədbirlərdə və auksionlarda özlərinin sənət nümunələri kimi təqdim etməyə çalışırlar. Əslində isə həmin xalçaların müəllifi Qarabağın köklü sakinləri olan Azərbaycan türkləridir.

Ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın şəhər, qəsəbə və kəndlərinin adlarını dəyişdirdikləri, toponimləri erməniləşdirdikləri kimi, milli xalça çeşnilərimizin də adlarını dəyişdiriblər. Azərbaycan xalqının yaratdığı xalça çeşnilərinə məntiqsiz və əsassız əlavələr etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Onlar bu əməllərinə, dünya ictimaiyyətini aldatdıqlarına görə bir gün mütləq cavab verəcəklər.

Xalçaçılığın xalqımızın qədim sənət növü olduğunu nəzərə alan Azərbaycan dövləti ölkəmizdə xalçaçılığın geniş şəbəkəsini yaradıb. Hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 21 filialından 3-ü Qarabağda, 1-i isə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə fəaliyyət göstərir. Həmin xalça fabriklərində yüzlərlə qarabağlı qadın qədim çeşnilər əsasında Qarabağ xalçaları toxuyur.

Hiddətlə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini atəşə tutması nəticəsində ciddi ziyan dəyən mülki infrastruktur obyektlərindən biri də Tərtər şəhərindəki xalça fabrikidir. Həmin emalatxanada çalışan 78 nəfərdən 71-i qadınlardır. Ermənilərin məhz xalça emalatxanasına atəş açması bir daha onu göstərir ki, bu terrorçu dövlət Azərbaycanın mülki əhalisini, xüsusən də qadınları hədəf alır, mədəni sərvətləri məhv etməyə çalışır. Dünya xalçaçıları bu vandalizmə öz etirazını bildirməli, terrorçu Ermənistanın qeyri-insani hərəkətlərini qınamalıdır.

Sonda onu da qeyd edək ki, Azərbaycan türkləri min illər sonra da xalçaçılıqla məşğul olacaqlar. Çünki xalçaçılıq bu xalqın qırılmaz ənənəyə çevrilmiş qədim sənət sahəsi, xalça toxumaq isə onun genetik bacarığıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası