TARİXİMİZİN QANLI SƏHİFƏLƏRİ BİR DAHA VƏRƏQLƏNDİ
Cəlilabad şəhərinin mədəniyyət sarayında 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar yığıncaq keçirilmişdir.
Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri tədbirdən əvvəl Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş cəlilabadlıların xatirəsini yad etmiş, onların məzarları önünə tər çiçək dəstələri qoymuşlar.
Yığıncaqda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər bir daha yada salınmış, soyqırımın dövlətimizin başçısı Heydər Əliyevin müdrik siyasəti sayəsində dünya ictimaiyyəti tərəfindən tanınacağına inam ifadə olunmuşdur.
Şair Əhməd İspərin azərbaycanlıların soyqırımının qanlı tarixini əks etdirən “Əsrin faciəsi” poeması əsasında yerli xalq teatrı artistlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]