Tbilisidəki ticarət mərkəzində güclü yanğın baş verib
Tbilisi, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də səhər saatlarında Tbilisinin Muxuiani rayonu ərazisindəki “Çempion” ticarət mərkəzində güclü yanğın baş verib.
AZƏRTAC-ın Gürcüstan müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Vəziyyətin İdarə Olunması Xidməti məlumat yayıb.
Bildirilir ki, alov qısa müddətdə bir neçə anbar və mağazanı əhatə edib. Səhər saatlarında başlayan yanğının söndürülməsinə 21 briqada cəlb olunub. Alovun yaxınlıqdakı qaz yanacaqdoldurma məntəqəsinə keçməsinin və yarana biləcək partlayışın qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Ticarət mərkəzindəki malların 50 faizə qədəri yanğından mühafizə edilib.
Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]