“Təbiət Dostları” yeni ekoloji layihəyə başladı
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təbiət Dostları” Gənclər İctimai Birliyi "Beynəlxalq əməkdaşlıqdan yerli inkişafa" layihəsinə start verdi.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi gəncləri beynəlxalq ekoloji proqramlarda təlimçi və təşkilatçı kimi təlimləndirərək onların beynəlxalq ekoloji proqramlarda iştirakını təmin etməkdir. Proqram çərçivəsində gənclər üçün beynəlxalq ekoloji təşkilatlarda təmsilçilik, dağçılıq və ekoturizm mövzularında nəzəri-praktiki məşğələlər keçiriləcək.
Eyni zamanda, “Təbiət Dostları”nın üzv olduğu Beynəlxalq Gənc Təbiət Dostları Təşkilatının (IYNF) Almaniya üzrə rəhbəri Frederik Düpmeyer iştirakçılara beynəlxalq ekoloji layihələr haqqında məlumat verəcək. Bundan əlavə, açıq havada qeyri-formal təhsil metodları, müxtəlif təqdimatlar, həmçinin bir çox gənclər təşkilatları ilə görüşlər keçiriləcək.
Təlim noyabrın 9-dək Bakı və Gəncə şəhərlərində, Göygöl Milli Parkı ərazisində təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]