Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏCAVÜZKAR ERMƏNİSTAN İNSANLIĞA QARŞI CİNAYƏTLƏR TÖRƏTMƏKDƏ İTTİHAM OLUNUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk günü Azərbaycanın qurumdakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov təşkilatın katibliyinə yeni sənəd təqdim etmişdir. “İnsanlığa qarşı cinayətlər törətmiş Ermənistanın hüquqi, siyasi və tarixi məsuliyyəti” adlanan və Nazirlər Komitəsinə ünvanlanan sənəd nəşr edilmiş və deputatlar arasında yayılmışdır.

Milli Məclisin deputatı R.Hüseynov bu sənədlə əlaqədar AZƏRTAC-ın xüsusi müxbirinə demişdir: Hələ 2001-ci ilin aprel ayında, Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv kimi fəaliyyətə başladığımız ilk vaxtlarda biz “Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının tanınması haqqında” sənəd hazırlamışdıq. Onun hazırlanmasının təşəbbüskarı Azərbaycan nümayəndə heyətinin o zamankı rəhbəri, ölkəmizin indiki Prezidenti İlham Əliyev idi. Sənədi imzalamış ilk şəxslərdən biri siyasi komitənin o vaxtkı rəhbəri, Avropa Şurasının indiki baş katibi Terri Devis olmuşdur.

Ötən beş il ərzində Azərbaycan nümayəndə heyəti Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində xeyli iş görmüş, ciddi sənədlər hazırlamışdır. İndi təqdim olunmuş sənəd bu yöndə mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti bir əsrdən artıq müddəti əhatə edir. Terror aktları, qanlı cinayətlər, sui-qəsdlər, partlayışlar və müxtəlif təxribatlarla müşayiət olunan bu soyqırımının ayrı-ayrı məqamlarını əks etdirən çoxlu sənədlər, dəlil-sübutlar və fotolar mövcuddur. Biz həm dünya parlamentləri ilə əlaqələr qurmalı, dünyanın ən müxtəlif nüfuzlu mətbuat orqanlarında çıxış etməli, həm də bu sənədlərin toplu halında xarici dillərdə nəşr etdirilməsi üçün xeyli iş görməliyik.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı siyasəti bəzən faşistlərin ölüm düşərgələrində törətdiyi cinayətləri belə kölgədə qoyur. Ermənistan Azərbaycana qarşı milli nifrət üzərində köklənmiş siyasətini həyata keçirərkən, eyni zamanda, insanlıq əleyhinə çox ağır cinayətlər törətmişdir. Bu cinayətlər cəzasız qalmamalı, mütləq dünyanın ali hüquq müstəvisinə çıxarılmalı, hüquqi və siyasi qiymətini almalı, Ermənistan törətdiyi bu əməllərə görə layiqli cəzasına çatmalıdır.

Təşəbbüs xarakteri daşıyan sənəd bu sahədə ciddi addımlar atmaq üçün çağırışdır və Avropa Şurasını, Avropa İnsan Hüquqları Məhkəməsini, digər nüfuzlu beynəlxalq təşkilatları bu problemə ciddi diqqət yönəltməyə, konkret tədbirlər görməyə səsləyir.

Sənəddə deyilir:

XX əsrin bütün onillikləri boyunca Azərbaycan xalqına qarşı planlı şəkildə soyqırımı və terror siyasəti aparmış Ermənistan bu müddət ərzində bütövlükdə 1 milyona yaxın insanın ən qəddar üsullarla qətlə yetirilməsinə nail olmuşdur. Azərbaycan xalqını məhv etməyə yönəlmiş və icrası zamanı işgəncələrin ən dəhşətli formalarından istifadə edilmiş bu soyqırımı və terror aktları Ermənistan tərəfindən bu gün də bioloji və ekoloji terror, işğal altında saxladığı ərazilərdə nüvə tullantıları qəbiristanlıqları yaratmaqla davam etdirilməkdədir. Ermənilərin 1905, 1918, 1920, 1930-1937, 1948-1953, 1988-1992-ci illərdə azərbaycanlıları bir millət olaraq yox etmək məqsədi daşıyan və insanlıq əleyhinə ən ağır cinayətlər qəbilindən olan kütləvi qırğınlarla müşayiət edilən əməllərini danılmaz şəkildə sübut və ifşa edən çoxlu əşyai-dəlillər, yazılı sənədlər, fotolar, xronikal lentlər, şahid ifadələri və s. mövcuddur. İnsanları məscidlərə və digər qapalı binalara yığaraq toplu halında diri-diri yandırmaq, hamilə qadınların qarnını deşərək, onları hələ dünyaya gəlməmiş körpələri ilə birgə həlak etmək, valideynlərin gözü qarşısında uşaqları işgəncə ilə öldürmək, insanları beton boru içərisinə dolduraraq hər iki tərəfdən hörməklə öldürmək, qoca kişi və qadınların gözlərini çıxararaq, ayrı-ayrı bədən üzvlərini kəsərək qətlə yetirmək və s. cinayətlər silsiləsi Ermənistanın, əslində, yalnız azərbaycanlılara qarşı deyil, ümumiyyətlə bəşəriyyətə qarşı törətdiyi cinayətlərdir və bunlar mütləq beynəlxalq hüquq normaları çərçivəsində araşdırılmalı, konkret cəzası müəyyənləşdirilməlidir. 1992-ci ilin 26 fevralında Ermənistan hərbi qüvvələri əhalisinin əsas hissəsi qocalardan, qadınlardan, uşaqlardan ibarət Xocalı şəhərini bir gecədə viran etmiş, yüzlərlə insanı faşist ölüm düşərgələrində törədilmiş ən sadist üsulla icra edilən qətlləri belə kölgədə qoyan xüsusi amansızlıqla məhv etmişlər. Müasir dünyanın ən böyük faciələrindən olan Xocalı soyqırımı zamanı Ermənistanın törətdiyi insanlığa qarşı genişmiqyaslı cinayət faktları ilə əlaqədar çoxlu sayda sənədlər və sübutlar ortadadır. Bütün bunların müqabilində Ermənistan heç bir cəzaya məruz qalmadığından cinayətkar əməllərinin çərçivəsini və çeşidlərini durmadan artırır, bu gün də təcavüzkar siyasətini davam etdirir, dövlət səviyyəsində terrorizmi dəstəkləyir və Azərbaycanın işğal altındakı ərazilərində terrorçuların təlim düşərgələrini yerləşdirir, narkotiklərin yetişdirilməsi və biznesi ilə məşğul olur. Ona görə də insanlıq əleyhinə olan cinayətkar əməlləri mahiyyət etibarilə Ermənistanın üzvü olduğu və bu əməllərin siyasi, hüquqi qiymətini verməyən beynəlxalq təşkilatlar üçün də məsuliyyət müəyyən edir.

Bütün bunları nəzərə alaraq, Rafael Hüseynov Nazirlər Komitəsindən sual edir:

Son 100 il ərzində planlı şəkildə, ardıcıl olaraq Azərbaycan xalqını məhv etməyə istiqamətlənən və kütləvi qırğınlarla müşayiət edilən soyqırımı siyasəti aparmış, bu məqsədini icra edərkən insanlıq əleyhinə olan ən ağır qanlı cinayətlər törətmiş Ermənistanın belə əməllərinə siyasi və hüquqi qiymət verilməsi üçün Nazirlər Komitəsi hansı müzakirələr apara, bu problemin Avropa İnsan Hüquqları Məhkəməsində baxılması üçün hansı zəmanətlər verə və nəhayət, Avropa Şurasının prinsipləri ilə qətiyyən uyğun gəlməyən bu təcavüzkar ölkənin təşkilatın sıralarından kənarlaşdırılması üçün öz səlahiyyətləri çərçivəsində hansı konkret, qəti addımı ata bilər?

Sənədin müəllifi demişdir ki, yaxın zamanlarda Nazirlər Komitəsində bu sənədin müzakirəsi gözlənilir. Lakin bu problem çox ciddi xarakter daşıdığına görə, həmin məsələni digər aspektlərdən əhatə edən başqa bir sənəd də hazırlanır. İndiki sessiyanın gedişi zamanı müvafiq imzalar toplandıqdan sonra həmin sənəd də katibliyə təqdim ediləcəkdir. Güman edilir ki, hər iki sənəd həm AŞPA-nın bürosunda, həm Nazirlər Komitəsində, həm də qurumun müvafiq komitələrində müzakirə edildikdən sonra Ermənistanın bu təşkilat çərçivəsindəki ifşası baxımından çox ciddi bir irəliləyişə nail olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir