DÜNYA
Tədqiqat: Tədricən daha az isveçli dəri xərçənginə tutulur
Stokholm, 10 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, ilk dəfə olaraq 50 yaşdan aşağı isveçlilərdə dəri xərçəngi (bədxassəli xərçəng) riski azalır.
AZƏRTAC xəbər verir ki, tendensiyada dönüş 2015-ci ildə baş verib.
“Tendensiyada dönüşün müşahidə olunması həqiqətən də yaxşı xəbərdir. Bu göstərir ki, çoxları, lakin təəssüf ki, hamısı deyil, vərdişlərini günəş işığına yaxşı uyğunlaşdırıblar. Biz həm də Avropada azalma nümayiş etdirən ilk ölkəyik”, – deyə Karolina İnstitutunun onkologiya kafedrasının dosenti və baş həkim Hildur Helgadottir deyir.
1990-2020-ci illərdə müxtəlif yaş qruplarında xəstəliyə tutulma və ölüm hallarını izləyən Helgadottir və onun həmkarları 59 yaşdan aşağı olanlarda bədxassəli xərçəng səbəbi ilə ölüm hallarının da azalmasını müşahidə ediblər.
Alimlərin fikrincə, günəşdən qorunma haqqında məlumatlı olmaq yaxşı nəticələrin izahatlarından biridir.
Daha bir amil solyariumların daha az olması, üçüncü amil isə bu gün uşaqların və gənclərin evdə daha çox vaxt keçirməsi ola bilər.
Helgadottir, həmçinin hesab edir ki, İsveçdə günəşə daha yaxşı dözə bilən tünd dəri piqmentasiyasına sahib olan insanlar çoxalıb. Lakin tədqiqatçılar ultrabənövşəyi şüalanmanın ən yüksək həddə çatdığı zaman yeniyetmə qızların günəş vannası qəbul etməsi tendensiyasından narahatdırlar.