Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan mərasim keçiriləcəkdir
Tehran, 15 yanvar (AZƏRTAC). Tehranda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçiriləcəkdir. Azərbaycan Respublikasının İrandakı səfirliyindən verilən məlumata görə, mərasimdə Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edəcəklər.
Mərasimdə 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdiriləcək, iştirakçılara Azərbaycan həqiqətləri ilə bağlı kitab və jurnallar, digər yazılı vəsaitlər paylanacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]