Təhsil İnstitutu kimya fənni üzrə çətin hesablama tapşırıqları ilə bağlı vebinar təşkil edəcək
Bakı, 30 noyabr, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar dekabrın 1-də “Kimyəvi formul və tənliklər üzrə hesablamalar” mövzusunda keçiriləcək.
Spiker qismində Bakı Mühəndislik Universitetinin əməkdaşı kimya üzrə fəlsəfə doktoru, dosent Elşad Abdullayev çıxış edəcək. Vebinarın keçirilməsində məqsəd kimya fənni üzrə çətin hesablama tapşırıqlarının həll edilməsidir.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]
UNEC dünyanın ən yaxşı 634-cü universitetidir
- 18.06.2026 [11:53]
Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [11:32]