TƏHSİL İSLAHATI PROQRAMI PİLOT RAYONLARDA UĞUR QAZANIR
Ölkəmizdə 2003-2013-cü illəri əhatə edən və Dünya Bankının ayırdığı vəsait hesabına yerinə yetirilən Təhsil İslahatı Proqramının birinci mərhələsi “Təhsil bölməsinin inkişafı layihəsi” çərçivəsində reallaşdırılır.
Layihənin əlaqələndirmə qrupunun direktoru Asif Cahangirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, birinci mərhələ 2003-2007-ci illəri əhatə edir. Layihə çərçivəsində üç pilot rayonu - İsmayıllı, Ucar və Əli Bayramlı üzrə Məktəb Şəbəkəsinin Rasionallaşdırılması planı hazırlanır. Burada məktəb şəbəkəsinin təkmilləşdirilməsi, pedaqoji kadrlarla təminat və müəllimlərin səmərəli yerləşdirilməsi, məktəblərin təmiri, maddi-texniki bazanın möhkəmləndirilməsi, islahat tədbirlərinin rayonun sosial-iqtisadi vəziyyətinə təsiri və s. məsələlər əks olunacaqdır.
Plana əsasən, 2005-2006-cı illərdə rayon məktəblərinin əksəriyyəti təmir edilərək mebel ilə təmin olunacaq, bir sıra təhsil ocaqlarında kompüter sinifləri yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]