Təhsil Nazirliyi: Bu günədək müəllimlərin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub
Bakı, 1 aprel, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində müəllim və texniki heyətin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 virusundan qorunmağı bir daha tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]