TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanov iclasda çıxış edərək təhsilimizin inkişafında xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır.
Sonra nazir ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, son illərdə təhsil müəssisələrində, xüsusilə orta ümumtəhsil məktəblərində
aparılan işlərdən, əldə olunan nailiyyətlərdən bəhs etmişdir. Bildirmişdir ki, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən yeni dərsliklər, eləcə də fənn və tədris proqramları hazırlanmışdır.
Nazir eyni zamanda, ümumtəhsil məktəblərindəki mövcud problemlərdən söhbət açmış, mükəmməl inkişaf proqramı hazırlanmasının vacibliyini söyləmişdir.
Bakı Şəhər Baş Təhsil İdarəsinin rəis əvəzi Fərzəli Qədirov məruzə ilə çıxış edərək Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və bu qurum tərəfindən maliyyələşdirilən Avropa litseyində və İ.Əfəndiyev adına elitar gimnaziyasında keçirilmiş kompleks monitorinqin nəticələrindən danışmış, bu təhsil ocaqlarının fəaliyyəti, iş metodları və s. barədə geniş məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]