Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİLDƏ YENİ CIĞIR: NANOTEXNOLOGİYA

Bakı, 3 iyul (AZƏRTAC). Elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında dünənə qədər həlli mümkün olmayan problemlərin həlli üçün geniş imkanlar açır. Son illər dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Hazırda nanotexnologiyanı informasiya texnologiyasından sonra üçüncü elmi-texniki inqilab adlandırırlar. Ekspertlərin rəyinə görə, dünya bazarında nanotexnologiyanın sənayedə tətbiqi üçün çəkilən xərclər 2015-ci ildə 1-2 trilyon ABŞ dolları məbləğində olacaqdır.

ARDNŞ-in birinci vitse-prezidentinin müşaviri, Ukrayna Neft və Qaz Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Eldar Şahbazovun professorlar H.Mirələmov və Ç.Məmmədovun yenicə çapdan çıxmış “Nanotexnologiya və nanokimyanın əsasları” adlı dərsliyi haqqında AZƏRTAC-a verdiyi şərhdə də nanotexnologiyanın elmi və praktiki əhəmiyyətindən söhbət açılır.

- Bu elmi-texniki istiqamətin əsasını yeni nanoquruluşlu materialların alınması, tədqiqi və tətbiqi təşkil edir. Nanotexnologiyanın həll etdiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün, burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir.

Nanotexnologiya, nanohissəcik deyilən səviyyədə yeni texnologiyalar üzrə məmulatların alınması kimi keyfiyyətcə öz analoqunu təkrar etməyən misli görünməmiş nailiyyətdir. Bu gün nanotexnologiya bir sıra mühüm sahələrdə - metallurgiyada, təbabətdə, kibernetikada, informasiya texnologiyalarında və bir çox başqa sahələrdə uzun illərlə açılmamış problemlərin həllinə cavab tapmağa imkan yaratmışdır.

Hazırda neft sənayesinin mühüm problemlərindən biri neftçıxarmanın, qazma prosesinin səmərəliliyinin artırılmasını təmin edən, ekotarazlığı bərpa edən elmi tutumlu yeni texnologiyaların işlənməsidir. Nanotexnologiyanın bu istiqamətdə tətbiqinin böyük elmi, praktiki əhəmiyyəti var və bu çox böyük iqtisadi səmərə verər.

Yaxın gələcəkdə nanotexnologiyanın dünyada elm və istehsalatın bütün sahələrinin inkişafında mühüm rol oynayacağını nəzərə alaraq, bu istiqamətin Azərbaycanda da inkişaf etdirilməsi ön plana çəkilmişdir.

Prezident İlham Əliyevin çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsi, təhsil sisteminin keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılması, Azərbaycanın yeni yüksək texnologiyalar ölkəsi olması dəfələrlə səslənmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) nanotexnologiyanın tədrisi ilə əlaqədar yeni cığırın açılmasını ölkənin təhsil sistemində, sözün əsl mənasında, hadisə kimi qiymətləndirmək olar. Yeni nəsilə nanotexnologiyanın elmi əsaslarının aşılanması strateji əhəmiyyət kəsb edir. Bu baxımdan ADNA-nın kafedra müdiri professor Hüseynbala Mirələmovun ideyası və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Nanotexnologiyanın və nanokimyanın əsasları” dərsliyi neft-kimya, neft-mədən, neft mexanikası fakültələrində və digər fakültələrdə hazırlanan mütəxəssislərdə nano səviyyədə düşüncənin formalaşmasında əvəzsiz rol oynayacaqdır.

Yeni dərslik müvafiq beynəlxalq proqramlar əsasında tərtib olunmuşdur. Dərslik nanotexnologiya fəninin əsaslarına, nanokimyanın problemlərinə, nanohissəciklərin və nanokompozitlərin alınma üsullarına, nanomaterialların tədqiqi metodlarına, nanoborucuqların işlənməsi və müxtəlif elmi-texniki sahələrdə tədbiqinə həsr olunmuşdur.

Ali məktəb tələbələri üçün yazılan dərslik on fəsildən ibarətdir. Kitabda forma və məzmun etibarı ilə yetkin, elmi-sistemli qaydada ən qabaqcıl təcrübəyə əsaslanan konkret tövsiyələr verilmişdir. Müəlliflər, əvvəlcə problemin ümumi xüsusiyyətlərini, termin və kateqoriyalarını, bu sahədə anlayışları məharətlə göstərə bilmişlər. Onlar nanohissəciklərin, klasterlərin, nanokompozitlərin, nanosistemlərin və nanoquruluşların alınması və onların davamlı hala gətirilməsi təcrübələrinə geniş şərh vermiş, həmçinin nanohissəciklərin və nanokompozitlərin tədqiqi üsullarını açıqlamış, elektron mikroskopiyasına xeyli yer vermişlər.

Dərslikdə fiziki və kimyəvi xassələrin geniş tədqiqi əsasında bir sıra nanoxassələrin öyrənilməsi və tətbiqinə xeyli yer verilmişdir. Kitabda diqqəti daha çox cəlb edən bölmələdən biri karbonlu nanoburucuqlar fəslidir. Burada karbon rabitələrinin təbiəti, yeni karbon quruluşları, karbon klasterlərinin işlənməsinə həsr olunmuş elmi nəticələr yer almışdır. Nanotexnologiya elminin mühüm nəticələrindən biri olan 60 karbon atomlarından ibarət olan fülleren və onların quruluşuna xeyli yer verilmişdir.

Bu baxımdan son illər ARDNŞ-in neftçi alimləri tərəfindən işlənmiş yeni nanotexnologiyalar haqqında şərh vermək yerinə düşərdi. Neftçi alimlərimiz məhz karbohidrogen mühitində 0,1 - 100 nm intervalında metal nanohissəcikləri tədqiq etmiş, onun lay-quyu, qaldırıcı lift sistemlərində nadir reoloji xüsusiyyətlərini öyrənmişlər. Karbohidrogen mühitində belə bir nəticənin alınması dünya praktikasında ilk dəfədir. “NANONEFT” və “NANOBITUM” sistemləri ARDNŞ-in neftçi alimləri tərəfindən kəşf olunmuş və qazma prosesində uğurla istifadə edilmişdir. Hazırda karbohidrogen rabitələrinin təbiəti öyrənilir və bunun əsasında hasilatda və qazmada yeni reoloji xüsusiyyətlər əldə edilir.

Dərsliyin mühüm əhəmiyyətindən birini də qeyd etmək istəyirəm. Neft-mədən avadanlığının, quyuiçi və quyuüstü mexanizmlərin etibarlılığının artırılması sayəsində nanotexnologiya işlərinin tətbiq olunmasının xüsüsi əhəmiyyəti vardır. Tezyeyilən və tezdağılan karbohidrogen mühitli cütlüklərdə yeyilmənin və dağılmanın müddətinin bir neçə dəfə artırılması və bununla ehtiyat hissələrinə xeyli qənaət edilməsi bu gün neft sənayesi üçün ən aktual məsələlərdən biridir. Neft sənayesində nanotexnologiyanın tətbiqi iki ən mühüm problem məsələnin həllinə imkan vermişdir. Birincisi, az və orta hasilatlı sulaşmış quyularda hasilat artırılmışdır. İkincisi isə, neft sənayesində işlədilən külli miqdarda kimyəvi elementlərin sərfi azaldılmış, qazmada mühüm reoloji parametrlər yaxşılaşdırılmışdır. Bununla da hasil olunan neftin maya dəyərinin xeyli aşağı salınmasına şərait yaranmışdır. Bu isə nanotexnologiyanın sinergetik səmərə verməsinin bariz nümunəsidir.

Qazma prosesində gil məhlulunda nanobitum- nanoneft sistemlərinin tətbiqi dünyada ilk dəfə nanoyaddaş prinsipini aşkar edilməsinə imkan vermişdir ki, bu isə bu gün və gələcəkdə lay-quyu sistemində nanoyaddaş prinsipinə əsaslanan idarəetmə üsulunun elmi əsaslarını qoymuşdur.

Amerika tədqiqatçıları tərəfindən əbəs yerə deyilməmişdi ki, üçüncü yüzillikdə nanotexnologiyalarla zənginləşmiş ölkə “favorit” ölkələr sırasında olacaqdır.

Professor H.Mirələmovun rəhbərliyi ilə yazılan ilk tədris vəsaiti yuxarıda sadalanan mühüm elmi istiqamətlərin inkişafında və bu sahədə mütəxəssislərin formalaşmasında əvəzsiz rol oynayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib