Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsilə göstərilən dövlət qayğısı inkişaf üçün yeni perspektivlər açır

Təhsilə göstərilən dövlət qayğısı inkişaf üçün yeni perspektivlər açır

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da uğurla davam etdirilməkdədir. Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqəti və uzaqgörən siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da şübhəsiz ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, ölkəmizdə təhsil sektorunda olan inkişaf ilbəil daha aşkar şəkildə nəzərə çarpır. Son illərdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Bu qayğının nəticəsidir ki, son illər ölkəmizdə müasir standartlara cavab verən, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Təhsilin inkişafında təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi müstəsna təsirə malikdir. Sözsüz ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində, ilk növbədə Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanıb.

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”. Bu fikirləri söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman təhsil işçilərinə həssas münasibət göstərir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın gələcəyi daha etibarlı və inamlı əllərdədir. Azərbaycan müəllimi layiqli vətəndaş yetişdirilməsi kimi mühüm missiyasında daha məsuliyyətli olacaq.

Ölkə rəhbərinin təhsilə olan qayğısından danışan zaman xüsusilə son 10 ildə sosial-iqtisadi inkişaf nəticəsində təhsilin müxtəlif istiqamətlərində əldə edilən nailiyyətlərdən bəhs etmək yerinə düşər. Belə ki, dövlətimizin başçısının təhsilə qayğısı nəticəsində keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşıb. Şəhər və kəndlər üzrə məktəbəqədər təhsilin əhatəlilik göstəriciləri əhəmiyyətli dərəcədə artıb, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumi təhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1‒5 yaşlı uşaqların ümumi sayı son 5 ildə 16 faiz artıb.

M.Vəliyeva qeyd edib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə müsbət təsir göstərib. Azərbaycanda dövlət təhsil siyasətinin müasir mərhələsinin istənilən dövrünü müşahidə etsək, bir daha məqsədyönlü davamlılığın şahidi ola bilərik. Prezidentin bu istiqamətdəki sərəncamlarının mahiyyətindən irəli gələn məsələləri diqqətlə təhlil etdikdə onların strateji mahiyyətinə daha yaxşı aydınlıq gətirmək mümkündür. Belə ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Prezidentin hələ 2015-ci il 16 yanvar tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmışdı. Bundan əlavə, ölkə rəhbərinin 2019-cu ilin iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar təhsilə olan diqqət və qayğının çoxsaylı nümunələrindəndir. Eyni zamanda, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamı təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşımaqla, həm də təhsil işçilərinə göstərilən böyük etimaddır. Sərəncama əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən ediləcək. Sözsüz ki, vəzifə maaşlarının artırılmasına bu tərzdə diferensial yanaşmanın tətbiqi keyfiyyət göstəricilərinə də müsbət təsir edəcək.

“Dövlətimizin başçısının 2022-ci il 18 avqust tarixli Sərəncamı bir daha sübut edir ki, Azərbaycanda təhsilə ən yüksək səviyyədə qayğı göstərilir və bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Təhsilə göstərilən dövlət qayğısı yeni inkişaf perspektivləri açmaqla yanaşı, təbii ki, təhsilverənlərin də üzərinə mühüm vəzifələr qoyur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn “keyfiyyətli insan kapitalının hazırlanması”, “təhsilin keyfiyyətinin yaxşılaşdırlması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası”, “müasir texnologiyalara əsaslanan təhsil infrastrukturunun yaradılması” kimi prioritet-strateji istiqamətlər məsuliyyətli və yeni bir islahat dövründən xəbər verir. Dövlətimizin başçısının təhsilin inkişafına olan xüsusi diqqəti deməyə əsas verir ki, bu sahənin yüksəlişi dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Bütün bunlar müasir Azərbaycan təhsilinin zəngin mütərəqqi ənənələrinə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyinə olan əminliyi artırır. Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına yetirilən davamlı ali diqqət təhsil işçilərini Azərbaycanın xoşbəxt gələcəyi naminə daha əzmlə çalışmağa ruhlandırır”, - deyə Mehriban Vəliyeva bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məktəbliləri Türkiyənin aparıcı kosmik və texnologiya mərkəzlərində təcrübə qazanırlar

"Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın"

ADPU professorunun kitabı Türkiyədə təqdim edilib

Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub

Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib

Türkiyə Prezidenti Qazaxıstana dövlət səfərinə gəlib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

AMEA Folklor İnstitutunun nəzdində yeni Dissertasiya Şurasının ilk iclası olub

“Meta” Avropa İqtisadi Zonasında rəqib süni intellekt çat-botları üçün “WhatsApp”a girişi müvəqqəti açacaq

Azərbaycan və Slovakiya parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

Pedaqoji Universitetdə STEAM hesabat sərgisi

Aqrar Sığorta Fondu müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır

Siyasi şərhçi: Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunəsi idi

Ayaz Museyibov: Müasir texnologiyalar mədəni irsin qorunmasında yeni imkanlar yaradır

Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib

“Ziraat Bank Azərbaycan” istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb

Akademik: Məqsədimiz türk dillərində ortaq terminlər üçün elmi bazanın hazırlanmasıdır

Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb

Ekspert: Süni intellekt şirkətləri dezinformasiyanı tanıyan neytrallıq filtrləri və rəqəmsal su nişanları tətbiq etməlidirlər

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq

Kreml Ukraynada atəşkəsin şərtini açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli: dayanıqlı urbanizasiyaya Azərbaycanın töhfəsi

Bakı yeni siyasi və geosiyasi gündəmi formalaşdıran əsas aktorlardan birinə çevrilib ŞƏRH

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

Xalq yazıçısı Elçinin məzarı ziyarət olunub

Kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib

“Trendyol” Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub

Robert Levandovski “Barselona”nı tərk edir

Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

Xalq artisti Eldar Mansurov: Məktəblilərlə görüş gözəl xatirə kimi yaddaşımda qalacaq

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İqor Qarafuliç: WUF13 əlilliyi olan şəxslər üçün yaxşı platforma olacaq

XVII UNEC Karyera və əmək yarmarkası

Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

Altmış altı yaşlı keçmiş hakim: Düşünürəm ki, vəkil kimi faydalı ola bilərəm

Qırğızıstanın “Nariste” qrupu Bakı festivalında Qran-Pri qazanıb

İlahiyyat İnstitutunda maarifləndirici tədbir: Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub

Dağ-mədən fəaliyyətinin şəhərsalma proseslərinə təsirləri müzakirə olunub

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Hörmüzün yaratdığı problemlər artmaqdadır

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

Rəşad Əzizov: Bu il üç filmin yenidən rənglənməsi nəzərdə tutulur

Trampın təyyarəsi Çinə eniş edib

Region Liqasında final və 3-cü yer uğrunda oyunların yeri müəyyənləşib

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib

İordaniya Senatının üzvü: Şəhərlər qurularkən ədalət və əlçatanlılıq prinsipinin nəzərə alınması vacibdir

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam VİDEO

Sabirabadda narkotik asılılığının yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Əcnəbi qonaq: Bakının hava limanında insani ünsiyyətin olması təqdirəlayiqdir

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Mariya Küri - dünyanı dəyişən qadın VİDEO

Şirvan və Atırau şəhərləri arasında əlaqələrin genişləndirilməsi diqqətdədir

Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub

Şuşa şəhərinin semantikası - elmi seminar

Prorektor: BDU tələbələri WUF13 ilə əlaqədar maarifləndirici layihələrə qoşulurlar

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib

Rumıniya mediasında B9 sammiti NATO-nun gələcəyi üçün mühüm platforma kimi qiymətləndirilir

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

İctimai Birlik sədri: Yaşlıların, əlilliyi olan şəxslərin, uşaqların və qadınların şəhər həyatında iştirakını təmin etmək zərurətdir

Azərbaycan Ermənistana tarixində ilk dəfə müstəqil olma şansı verib - ŞƏRH

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Məclisi-Yüksəliş” tədbiri təşkil edilib

İqor Qarafuliç: Şəhərlər hər kəs üçün əlçatan olmalıdır

İKTA I rübdə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

İdarə Heyətinin sədri: İnklüziv şəhərlər artıq qlobal çağırışdır

Eyni siyasi məntiqin fərqli coğrafiyalardakı təzahürü - ŞƏRH

Rəşad Əzizov: Süni zəkanın yaradıcı insanı əvəzləmək kimi bir təhlükəsi yoxdur

Ümumdünya Ərzaq Proqramı: Bu il dünyada 318 milyon insan daha kəskin aclıqla üzləşir

Belarusda həkimlər üçün “virtual xəstə” proqramı hazırlanıb

Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib

ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb

Əlyazmalar İnstitutunda XIII əsrin klassik ilahiyyat abidəsinə dair mühazirə dinlənilib

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

WUF13: Peyk məlumatları dayanıqlı şəhərsalmanın strateji alətidir - MÜSAHİBƏ VİDEO

İçərişəhər nümunəsi: yaşayan irs və müasir şəhər inkişafı

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Zəngilan şəhərində daha 59 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

BMU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı proqramı təqdim olunub

Mart-aprel aylarında qlobal neft ehtiyatları sutkada 4 milyon barel azalıb

Tramp Çin səfərinə Səmavi Məbədi ziyarət etməklə başlayacaq

Naxçıvanda 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq

“NATO-Serbiya” hərbi təlimi: 600 hərbçi və 9 ölkədən müşahidəçi

Dünya Su İdmanı Federasiyasının nümayəndələri Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq işləri ilə tanış olublar

İl yarımlıq fasilədən sonra ABŞ-dən Çinə birbaşa LNG tədarükü iyun ayında başlaya bilər

Təhsil İnstitutu bölgələrdə müəllimlərlə dialoqa başlayıb

Səadət Yusifova: Mədəni irs abidələri gələcək şəhərsalma və ümumi inkişaf üçün strateji prioritetdir

WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın tranzit və iqtisadi potensialını gücləndirəcək –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın tranzit və iqtisadi potensialını gücləndirəcək – ŞƏRH VİDEO

Şəhərsalma Kvesti: “Sea Breeze”i kəşf edin