Təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüş
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor vəzifəsini icra edən dosent Vazeh Əskərovun 2023-2024-cü tədris ilində təkrar ali təhsil üzrə ADNSU-ya qəbul olunmuş tələbələrlə görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.
Sonra təkrar ali təhsildə tədris planı haqqında təqdimat edilib.
Bu il təkrar ali təhsil almaq üçün ADNSU-ya 550 nəfər qəbul olunub.