Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Vətəndaşlardan daxil olan müraciətlər əsasında Tələt Şıxəliyev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mütəxəssisləri tərəfindən təhlillər aparılaraq yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, monitorinq nəticəsində ərazidə nəqliyyatın qarşı-qarşıya hərəkətində çətinlik yarandığı müəyyən edilib.
Sözügedən ərazidə yaşayan sakinlərin parklanma tələbatı, nəqliyyat intensivliyi və yolun həndəsi ölçüləri nəzərə alınaraq, Tələt Şıxəliyev küçəsində Xətai prospektindən Təbriz küçəsi istiqamətində hərəkətin birtərəfli təşkili məqsədəuyğun hesab edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]