Tennisçi Rafael Nadalın futbolkası xeyriyyə hərracında 22,4 min dollara satılıb
Bakı, 12 aprel, AZƏRTAC
İspaniyalı tennisçi Rafael Nadal 2019-cu ildə açıq Fransa çempionatının finalında geyindiyi futbolkanı xeyriyyə hərracına təqdim edib.
AZƏRTAC xəbər verir ki, hərracda tennisçinin futbolkası 22,4 min dollara satılıb.
Hərracda digər idmançıların da geyim və əşyaları satışa çıxarılıb. Ən baha qiymətə R.Nadalın futbolkası satılıb.
İkinci ən dəyərli satış sabiq basketbolçu Xuan Karlos Navarronun futbolkası olub (6,7 min). Mərhum basketbolçu Kobi Brayantın idman ayaqqabıları isə 6,6 min dollar müqabilində sahibini tapıb.
Hərracdan əldə olunan gəlir koronavirus infeksiyası ilə mübarizə üzrə aidiyyəti qurumlara təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]