TERMİNALDA EMAL VƏ KOMPRESSOR QURĞULARI TİKİLİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Səngəçal terminalı ərazisində “Şahdəniz”dən çıxarılacaq qazın texnoloji emal qurğusunun tikintisində işlərin 84 faizdən çoxu tamamlanmışdır. Səngəçal terminalının genişləndirilməsi proqramı (STGP) üzrə işçi qüvvəsinin əksəriyyəti hazırda Şahdəniz hissəsinə cəlb olunmuşdur. Burada tikinti işlərinə 2003-cü ilin noyabrında başlanmışdır və onun 2006-cı ilin sentyabrında tamamlanması nəzərdə tutulur.
STGP çərçivəsində “Şahdəniz” obyektlərinin bir hissəsi kimi iri kompressor stansiyası da tikilir. “Şahdəniz” qazının Azərbaycana, Türkiyəyə və Gürcüstana ötürülməsi üçün istifadə ediləcək bu kompressor və ölçmə stansiyasının tikintisi də cədvəli qabaqlayır. Stansiyanın tikintisi 2006-cı ilin ikinci rübündə başa çatdırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]