Tərtərdə ağacəkmə aksiyasına başlanılmışdır
Tərtər, 7 yanvar (AZƏRTAC). Tərtər rayonunda geniş ağacəkmə aksiyasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, əmək kollektivlərinin nümayəndələri, rayon sakinləri ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən tədbirdə fəal iştirak edirlər. Tərtər-Bərdə magistral yolunun ətrafına və Heydər Əliyev prospektində 1,5 hektar əraziyə 300 maşına yaxın meşə torpağı verilmiş, yeni su xətlərinin çəkilişinə başlanılmışdır.
Yanvarın 7-də keçirilmiş iməcilik zamanı 1500-dən çox Eldar şamı, 20 minə yaxın lüqustr kolu əkilmişdir.
Ötən ilin ikinci yarısında 42 min ədəd ağac əkən tərtərlilər 2012-ci ilin birinci yarısında daha 65 min ədəd ağac əkməyi qarşıya məqsəd qoymuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]