TƏRTƏRDƏ “ŞAHİN” HƏRBİ-İDMAN OYUNLARI ÜZRƏ ZONA BİRİNCİLİYİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 9-da Tərtər şəhərində Qarabağ bölgəsi üzrə “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilmişdir. Yarışda Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Naftalan, Mingəçevir, Goranboy, Yevlax, Xocalı, Şəki rayonlarının rayon yarışlarında I yer tutmuş orta məktəb komandaları iştirak etmişlər.
Yarış sıra hazırlığı, sandığın patronla doldurulması və boşaldılması, avtomatın sökülüb yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, sanitarların yarışı, mülki müdafiə hazırlığı olmaqla 8 mərhələdə keçirilmişdir.
Yarışın nəticələrinə görə I və II yerləri tutmuş komandalar may ayında Bakı şəhərində keçiriləcək respublika birinciliyində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]