TEXNİKİ UNİVERSİTETDƏ 31 MART QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov tədbiri giriş sözü ilə açaraq, xain qonşularımızın illər boyu xalqımıza qarşı məkrli siyasətindən danışmışdır. O demişdir ki, erməni daşnakları Azərbaycan torpaqlarında zaman-zaman törətdikləri cinayətləri ört-basdır etmək üçün əvvəlcədən ideoloji zəmin yaratmış, özlərini dünya ictimaiyyətinə “məzlum millət” kimi göstərmişlər.
Tarixçi alim İsrafil Məmmədov məruzə etmişdir. Məruzəçi daşnakların vəhşiliyinə dair çoxlu faktlar gətirmiş, Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə törədilmiş qırğınları xatırlatmışdır. O qeyd etmişdir ki, bu faktlara siyasi qiymət verilməsi ümummilli liderimiz, türk dünyasının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Məruzəçi sonda gəncləri tariximizin həmin dövrünü unutmamağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]