Texnologiya sahəsindəki inkişaf mediada yeni çağırışlar yaradır
Şuşa, 22 iyul, AZƏRTAC
Müasir dövrdə texnologiyada baş verən yeniliklərin xəbərlərin hazırlanmasına mənfi təsirləri də var. Texnologiya sahəsindəki inkişaf mediada yeni çağırışlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu” adlı sessiyada çıxışı zamanı “Global Policy” İnstitutunun prezidenti Paolo von Schirach söyləyib.
O deyib ki, bir qrup təşkilatların yalan informasiyaları insanların xəbərlərə olan inamını itirib. Bunun düşünülmüş siyasət olduğunu diqqətə çatdıran Paolo von Schirach əlavə edib. “Biz görürük ki, xəbərlər 24 saat ərzində dayanmadan yenilənir. Hər şəxs özü üçün xəbər agentliyi yaratmağa çalışır. ABŞ-da olan bəzi şirkətlər eyni şərhi, fikri yayımlayırlar. Xəbərlər və əyləncələr arasında sərhəd itib, artıq çox eyniləşmə müşahidə olunur. Başa düşmək olmur ki, sənədli filmə baxırıq, yoxsa bir şouya. Bütün bunlar dezinformasiyaların yayılmasına gətirib çıxarır”.