Teymur Rəcəbov Arkadi Dvorkoviçin kapitanı olduğu komandada mübarizə aparacaq
Bakı, 24 aprel, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) və chess.com saytının təşkilatçılığı ilə mayın 5-dən 10-dək keçiriləcək onlayn Millətlər Kubokunun iştirakçı komandalarının heyətləri elan edilib.
AZƏRTAC xəbər verir ki, dünya yığmasını təmsil edəcək heyətdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov birinci lövhədə yer alacaq. Heyətdə, həmçinin FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca, misirli Bassem Amin, ukraynalı Mariya Muzıçuk, eləcə də ehtiyat oyunçular perulu Xorxe Kori və qazaxıstanlı Dinara Saduakassova yer alıblar. Dünya yığmasının kapitanı isə FIDE prezidenti Arkadi Dvorkoviç olacaq.
Qeyd edək ki, turnirdə dünya yığması ilə yanaşı, Rusiya, ABŞ, Çin, Hindistan, Avropa komandaları mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]