Teymur Rəcəbov onlayn blits turnirdə uduzub
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, 8 şahmatçının mübarizə apardığı yarışda T.Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb — 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb. Qalan turlar isə heç-heçə ilə nəticələnib.
David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) - Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.
Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]