Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: Albert Aqarunovu – Azərbaycanın yəhudi əsilli Qəhrəmanını xatırlayarkən

“The Jerusalem Post”: Albert Aqarunovu – Azərbaycanın yəhudi əsilli Qəhrəmanını xatırlayarkən

Bakı, 22 may, AZƏRTAC

Yarım il bundan əvvəl multikultural və tolerant Azərbaycanın paytaxtında Azərbaycanın yəhudi qəhrəmanının şərəfinə ucaldılan abidənin açılışı olub. Əsl qəhrəman Albert Aqarunov haqqında tarixi bilən Azərbaycanın yəhudi icması və bütün dünyada yaşayan yəhudilər üçün həmin gün xüsusi və əlamətdar gün idi.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bu barədə bir neçə gün bundan əvvəl İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində özünün “Albert Aqarunovu - Azərbaycanın yəhudi əsilli Qəhrəmanını xatırlayarkən” adlı məqaləsində yazıb.

“Həmin gün Bakıda Albertin möhtəşəm heykəlinin hərbi ehtiramla açılış mərasimi idi. Yəhudi əsilli azərbaycanlı qəhrəmanlarından birinə qoyulan abidənin açılışında Azərbaycan hökumətinin və respublika ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar da iştirak edirdi.

Mərasimdə iştirak üçün bəziləri uzaqdan gəlmişdi. Onların arasında Simon Vizental Mərkəzindən ravvin Avraam Kuper, beynəlxalq dini azadlıq üzrə ABŞ Komissiyasının komissarı və Xristian Liderlər Konqresinin lideri Conni Mur, İsrailin sabiq baş sefard ravvini Şlomo Amar və Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə ravvinl, həmçinin ABŞ-ın müxtəlif ştatlarından olan senatorlar var idi”, - deyə Arye Qut məqaləsində qeyd edir.

Məqalə müəllifi vurğulayır ki, 23 yaşında həlak olan Albert Aqarunov qısa, lakin parlaq və rəşadətli ömür yaşayıb. “O gündən 28 il keçsə də, Azərbaycanda onu sevir və xatırlayırlar. O, Azərbaycan xalqının əsl qəhrəmanı və mərdlik nümunəsidir. Azərbaycanlılar hər zaman onun xatirəsini anacaqlar. Cəsur Aqarunov öz ölkəsinə sədaqətli idi, mərdlik və qəhrəmanlıq nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü qoruyaraq həlak olub.

Albert Bakıətrafı Əmircan kəndində dağ yəhudisi ailəsində anadan olub. Ailəsi əslən Azərbaycanın tanınmış yəhudi kəndindən - Quba rayonunda yerləşən Qırmızı Qəsəbədən idi. Albert Aqarunov öz hərbi karyerasına hələ sovet ordusunda başlamışdı, lakin tezliklə o hiss etdi ki, çox sevdiyi Vətəninə qayıtmaq istəyir. Mənim fikrimcə, dünyada əksər adamlar dünyəvi dövlət olan Azərbaycanın yəhudi əsilli bu milli qəhrəmanı haqqında heç vaxt eşitməmişdilər. Bu yəhudi əsilli Azərbaycan qəhrəmanı özünün tank batalyonunu erməni tanklarının hücumundan müdafiə etməkdən ötrü əlindən gələni etdi. O, yaxşı yoldaş, istedadlı snayper və Vətəninin qürurlu müdafiəçisi idi. Onun həyatının unikal tarixi ölkəsinə olan böyük iftixar və ehtiramla keçib. O ölkədə ki, orada konfessiyalararası qarşılıqlı fəaliyyətin görünməmiş standartları kök salıb, orada Albertin fədakarlığını və qəhrəmanlığını xatırlamaqda və tərifləməkdə davam edirlər”, - deyə Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetindəki məqaləsində vurğulayır.

A.Qut qeyd edir ki, Albert Aqarunov azərbaycanlılar üçün müqəddəs olan Şuşa şəhəri uğrunda döyüşdə öz tankında həlak olub. “Erməni silahlı qüvvələrinin soxularaq Azərbaycanın Şuşa rayonunu işğal etməsindən 28 il keçib. Şuşanın süqutu və işğalı Ermənistan tərəfindən Dağlıq Qarabağ regionunda - Azərbaycanın tarixi və beynəlxalq birlik tərəfindən tanınmış ərazisində hərbi təcavüzün son mərhələsi oldu.

1992-ci il mayın 8-də 366-cı alayın köməyi ilə Şuşanı işğal etmək erməni ordusuna nəsib oldu. Nəticədə Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi viran edildi, 195 dinc sakin öldürüldü, 165 nəfər yaralandı və 58 nəfər itkin düşdü. Şuşanın 24 mindən artıq əhalisi ölkə daxilində məcburi köçkünə çevrilərək, etnik təmizləməyə məruz qaldı”, - deyə Arye Qut qeyd edir.

Məqalə müəllifi vurğulayır ki, Şuşa şəhəri özünün mədəniyyət abidələri, burada dünyaya göz açan məşhurları - Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Xan Şuşinski, Rəşid Behbudov və digər mədəniyyət və elm xadimləri ilə Azərbaycan mədəniyyətinin ən qədim və tarixi beşiklərindən biri, Azərbaycanın incisi, qürur mənbəyi və mədəniyyət mərkəzi olub.

“Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda Azərbaycanın mədəni və dini irsinin dağıdılması, talanması və təhqir olunması kimi işğalçılıq siyasəti nəticəsində təkcə Şuşada memarlıq abidələri statusuna malik 170-dən artıq bina - 160 tarix və mədəniyyət abidəsi, məscidlər və nadir əlyazmalar məhv edilib”, - deyə Arye Qut vurğulayır.

İsrailli ekspert qeyd edir ki, 1992-ci il mayın 8-dən 9-na keçən gecə zülmət və soyuq idi. “Orada heç bir hərbi hücumun əlaməti yox idi. Kəşfiyyat ermənilərin hücum əməliyyatına keçməsini xəbər verəndə artıq gecədən xeyli keçmişdi. Lakin heç kim irimiqyaslı hücum gözləmirdi. Həmin gecə Azərbaycanın çoxlu qəhrəman oğulları həlak oldu. Onlar Şuşanı, Azərbaycanın incisi və milli mədəniyyətin dayağını müdafiə edərək həlak oldular. Öz həyatını qurban verənlər arasında 23 yaşlı tank komandiri, Azərbaycanın yəhudi əsilli qəhrəmanı Albert Aqarunov da vardı.

Aqarunov erməni ordusunun əsas hədəflərindən biri idi. İşğalçılar onun yəhudi identikliyinə və hərbi bacarığına görə o dərəcədə təhqir olunmuşdular ki, onun başı üçün böyük məbləğdə pul mükafatı verməyə hazır idilər. Albert Aqarunov var qüvvəsi ilə döyüşürdü, çünki o, digər azərbaycanlı əsgərlər kimi Azərbaycanın işğal olunmuş ərazilərində erməni basqınları, etnik təmizləmə aktları və qəddarlıqlarla qarşılaşmışdı.

İsrailə köçmək imkanına malik olan Albert Aqarunov digər azərbaycanlı həmvətənləri kimi öz vətəninin - Azərbaycanın müdafiəsi üçün vuruşmağa qərar verdi. Həqiqətən pak insan olan Albert Aqarunov snayper gülləsinə tuş gəldi, o, öz yoldaşlarının yerdə qalan cəsədlərinin üzərindən keçməmək üçün sürücünü təlimatlandırmaqdan ötrü tankı tərk etdiyinə görə həlak oldu”, - deyə “The Jerusalem Post” qəzetindəki məqaləsində müəllif qeyd edir.

“Albertin igidliyi - bütün insanlar üçün, xüsusən müsəlman dünyasındakı yəhudilər üçün müəyyən mənada emosional rezonansdır. Onun identikliyinin mənası və dərinliyi yalnız ona görə dərk edilir ki, o, dinlərarası harmoniyanın həyat norması hesab edildiyi məkanda doğulub və boya-başa çatıb.

Albert Aqarunov müharibə qəhrəmanı, yəhudi həyatının və bağlılığının simvolu idi. O, nəinki dünyəvi müsəlman ölkəsində, həm də bütün dini konfessiyalarda dərin hörmət və ehtiramla qəbul edilmişdi. Aqarunovun həyat tarixçəsini nəzərdən keçirəndə, hər hansı tarixi hadisə kimi asanca görmək olar ki, əvvəli də sonu kimi mənalıdır. Şuşa heç vaxt özünün Azərbaycan irsini yaddan çıxarmayıb və heç vaxt yaddan çıxarmayacaq, Azərbaycan xalqı da bu gözəl və tarixi şəhəri - Şuşanı yaddan çıxarmayacaq və mütləq Şuşaya qayıdacaq!”, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinə yekun vurur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH